“Baykar Savunma” şirkətinin rəhbəri, “Türkiyə Texnologiyaları Qrupu”nun həmtəsisçisi və İdarə Heyətinin sədri Haluk Bayraktar Rusiyaya heç vaxt “Bayraktar” pilotsuz uçan aparatlarının satılmayacağını bəyan edib.
Manset.az Bayraktarın açıqlamasını təqdim edir:
“Biz Ukraynanı, onun suverenliyini və müstəqilliyi uğrunda mübarizəsini dəstəkləyirik”.
H.Bayraktar həmçinin xatırladıb ki, Türkiyə ilə Ukrayna arasında aerokosmik və müdafiə sektorlarında strateji səviyyədə əlaqələr var.