Uber ABŞ-də əlillərdən gözləmə haqqını aldığına görə 2,2 milyon dollar təzminat ödəyəcək.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, mərkəzi ABŞ-də yerləşən beynəlxalq nəqliyyat şəbəkəsi şirkəti Uber, Amerika hökumətinin əlil sərnişinlərdən yığılan gözləmə haqqına qarşı qaldırdığı ayrı-seçkilik iddiasında 2,2 milyon dollar təzminat ödəməyi qəbul edib.
Şirkət həmçinin bundan sonra əlil sərnişinlərdən gözləmə haqqının alınmayacağını da açıqlayıb.