İrəvan metrosunda BOMBA HƏYƏCANI

20:15 - 20 İyul 2022

İrəvan metrosunda BOMBA HƏYƏCANI

İrəvan metrosunun stansiyalarında aparılan peşəkar yoxlama nəticəsində məlum olub ki, bomba qoyulması barədə çağırış yalan olub.

Manşet.az xəbər verir ki, bu barədə Dəmirçiyan İrəvan Metropoliteninin yaydığı məlumatda deyilir.

“İrəvan metrosunun normal fəaliyyəti saat 18:15-dən bərpa edilib”, - məlumatda bildirilib. 

Xatırladaq ki, yerləşdirilmiş bomba ilə bağlı siqnal saat 12:57 radələrində daxil olub. Hadisə yerinə kinoloqlar və istehkamçılar gedib. Saat 13:30-da metronun işi dayandırılıb, sərnişinlər və işçilər təxliyə edilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az