Sabahdan Qaraqalpaqda fövqəladə vəziyyət rejimi ləğv edilir

20:46 - 20 İyul 2022

Sabahdan Qaraqalpaqda fövqəladə vəziyyət rejimi ləğv edilir

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Qaraqalpaq Respublikası ərazisində fövqəladə vəziyyət rejiminə xitam verilməsi haqqında fərman imzalayıb.

Manşet.az report-a istinadən xəbər verir ki, fərman 21 iyul 2022-ci il saat 05:00-dan qüvvəyə minir.

Sənəd təsdiq olunmaq üçün Özbəkistan Ali Məclisinin palatalarına göndərilib.

Xatırladaq ki, iyulun 2-də prezident Şavkat Mirziyoyev “Qaraqalpaqıstan Respublikası ərazisində fövqəladə vəziyyət rejiminin tətbiqi haqqında” fərman imzalayıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az