Çempionlar Liqası matçında erməni təxribatı oldu

22:08 - 20 İyul 2022

Çempionlar Liqası matçında erməni təxribatı oldu

Ötən gün Çempionlar Liqasının ikinci təsnifat mərhələsində keçirilən "Pünik" – “Düdelanj” matçı zamanı ermənilər təxribata yol açıb.

Manşet.az xəbər verir ki, buna İrəvanda keçirilən qarşılaşmada tribunada açılan pankart səbəb olub.

Belə ki, sözügedən pankartda işğaldan azad olunmuş Qarabağ Ermənistan ərazisi kimi göstərilib.

Qeyd edək ki, sözügedən qarşılaşma Lüksemburq təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az