Danimarka 1941-ci ildən bəri ən isti iyul gününü qeyd edir

23:20 - 20 İyul 2022

Danimarka 1941-ci ildən bəri ən isti iyul gününü qeyd edir

Danimarkadakı istilər 81 il əvvəl, 1941-ci ilin iyulunda qeydə alınan temperatur rekordunu qırıb.

Ölkənin Meteorologiya İnstitutundan bildirilib ki, çərşənbə günü Yutlandiyanın qərbində temperatur 35,6 dərəcəyə çatıb.

Manşet.az xəbər verir ki, bütün Danimarka üçün mütləq rekord 1975-ci ilin avqustunda eyni yerdə, Yutlandiyanın qərb hissəsində, Holstebro şəhərində hərarətin 36,4 dərəcəyə qalxdığı vaxt qeydə alınıb.

Bütövlükdə iyul ayına gəlincə, ən isti ay 2006-cı ildə olub və o zaman ölkədə orta sutkalıq temperatur 19,8 dərəcə təşkil edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az