Misir Rusiyanın köməyi ilə atom elektrik stansiyası TİKİR

23:39 - 20 İyul 2022

Misir Rusiyanın köməyi ilə atom elektrik stansiyası TİKİR

Rusiyanın iştirakı ilə çərşənbə günü Misirin ilk atom elektrik stansiyası olan “El Dabaa”nın tikintisinə başlanılıb.

Manşet.az xəbər verir ki, bu barədə “Rosatom” dövlət korporasiyası məlumat yayıb.

İlk betonun tökülməsi ilə tikinti meydançasında təntənəli mərasim keçirilib.

“Biz beton tökməyə başladıq”, - deyə “Rosatom” bildirib.

Atom elektrik stansiyası Qahirədən 350 km aralıda, Aralıq dənizi sahilindəki Matruh bölgəsində yerləşir. O, Rusiyanın VVER-1200 reaktorlarından ibarət dörd enerji blokundan təşkil olunacaq.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az