Meymun azyaşlı qızı dişlədi: Uşaq reanimasiyaya yerləşdirildi - ANBAAN DƏHŞƏT VİDEO

20:09 - 21 İyul 2022

Meymun azyaşlı qızı dişlədi: Uşaq reanimasiyaya yerləşdirildi - ANBAAN DƏHŞƏT VİDEO

Rusiyada qəzəbli meymun azyaşlı qıza hücum edərək, onu dişləyib.

Manşet.az xəbər verir ki, hadisə Moskva ətrafındakı Terpiqorevo kəndində yaşanıb.

Uşaq evin həyətində dostları ilə oynayarkən heyvanın hücumuna məruz qalıb. Meymunun qonşuluqdakı xüsusi zooparkda yaşadığı və köçürülmə zamanı qaçdığı məlum olub.

Hadisədən sonra uşaq reanimasiyaya yerləşdirilib. Ona bədənində dərin kəsiklər və barmaqlarının sınması diaqnozu qoyulub.

Meymun zooparkın əməkdaşları tərəfindən tutulub. Heyvanının isə sonrakı aqibəti məlum deyil.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az