Ağ Ev Baydenin işə nə vaxt qayıdacağını açıqladı

07:27 - 22 İyul 2022

Ağ Ev Baydenin işə nə vaxt qayıdacağını açıqladı

Koronavirusa yoluxmuş ABŞ Prezidenti Cozef Bayden azı 5 gün təcrid rejimində qalacaq və testinin nəticəsi mənfi olduqdan sonra işə qayıdacaq.

Manset.az xəbər verir ki, bu barədə Ağ Evin koronavirusun yayılması ilə mübarizə üzrə koordinatoru Aşiş Ja bildirib.

"Hazırda plan onun azı 5 gün təcrid olunmasından, mənfi testdən keçdikdən sonra normal işinə qayıtmasından ibarətdir", - Ja deyib.

Koordinatorun sözlərinə görə, Bayden həkimin ona təyin etdiyi “Pakslovid”i qəbul edərkən digər iki təyin olunmuş dərmanın qəbulunu dayandıracaq.

Baydendə burun axması, öskürək və zəiflik kimi yüngül simptomların olduğu bildirilir.

Ağ Ev Baydenin harada yoluxduğunu açıqlamağı öhdəsinə götürməyəcəyini, amma ABŞ Prezidentinin xəstələndiyi ştamla bağlı təfərrüatların bir həftə ərzində ictimaiyyətə açıqlanacağını qeyd edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az