"Sinəmdə Azərbaycanın hədiyyəsi idi" - Mariya Zaxarova (FOTO)

12:15 - 22 İyul 2022

\"Sinəmdə Azərbaycanın hədiyyəsi idi\" - Mariya Zaxarova (FOTO)

"Dünənki brifinqdə pencəyimin yaxasında olan bayraq barədə mənə çox sual verirlər. Bəziləri hətta hesab edirlər ki, bu, naxışlı tikmədir. Anlayıram".

 

Manset.az Milli.Az-a istinadən xəbər verir ki, Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Teleqram kanalında belə yazıb.

İyulun 21-də Rusiya XİN-dəki brifinq zamanı M.Zaxarovanın pencəyinin yaxasında Rusiya bayrağı vardı.

"Sinəmdə Azərbaycanın hədiyyəsi idi. Daha doğrusu, Azərbaycanda yaşayan rusiyalıların xahişi ilə azərbaycanlı xanım ustanın hazırladığı bu broşu Bakıdakı Müqəddəs Məryəm Ananın Miladı kilsəsi hədiyyə edib. Kilsənin keşişi Antonni ata bu yaxınlarda mənə həmin broşu Bakıda kilsədə ibadət edən dindarların adından verdi.

Üçrəngi muncuqlarla tam bir dünya bəzədilib. Onda həmvətənlərimizin, soydaşlarımızın istisi, onların Rusiyaya sevgisi, şəfqəti və səmimiyyəti var.

Ürəyimin üzərində gəzdirəcəyəm", - M.Zaxarova yazıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az