Avropanın ən böyük limanı Rusiyaya daşımaları dayandırdı

18:08 - 22 İyul 2022

Avropanın ən böyük limanı Rusiyaya daşımaları dayandırdı

Rotterdam limanı (Niderland) Rusiyaya və əks istiqamətdə konteyner daşımalarının dayandırıldığını elan edib. Bu, Avropanın ən böyük limanıdır və yük dövriyyəsinə görə dünyada liderlərdən biridir.

Manşet.az xəbər verir ki, bu barədə limanın rəsmi saytındakı məlumatda bildirilir.

“Rusiyaya və Rusiyadan konteyner daşımaları dayandırılıb”, - deyə limanın 2022-ci ilin birinci yarısında görülən işlərə dair hesabatında qeyd edilir.

Liman nümayəndələri həmçinin qeyd ediblər ki, Rusiya Federasiyasından kömür və neftə tətbiq edilən embarqonun qüvvəyə minməsi ərəfəsində son aylarda Rusiyadan daha az kömür, xam neft, neft məhsulları və mayeləşdirilmiş təbii qaz idxal edilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az