"“Taxıl daşınması sazişi”nin müddəti üç aydır" - BMT baş katibi

19:01 - 22 İyul 2022

\"“Taxıl daşınması sazişi”nin müddəti üç aydır\" - BMT baş katibi

“Taxıl daşınması sazişi”nin müddəti üç aydır.

Manşet.az xəbər verir ki, bu barədə BMT Baş katibi Antoniu Quterreş NTV kanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, taxılla dolu gəmilər dəniz minaları olmayan marşrut üzrə hərəkət edəcək və bu ərazidə heç bir hərbi gəmi olmayacaq.

O qeyd edib ki, “Taxıl daşınması sazişi”nin müddəti üç aydır, lazım olduğu təqdirdə uzadıla bilmək imkanı var.

Quterreşin sözlərinə görə, tərəflər dəhliz boyunca hərəkət edən gəmilərə heç bir atəşin açılmayacağına razılıq verib, gəmilər tam olaraq təhlükəsiz olacaq.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az