“Taxıl dəhlizi yaxın günlərdə fəaliyyətə başlayacaq” - Ərdoğan

19:17 - 22 İyul 2022

“Taxıl dəhlizi yaxın günlərdə fəaliyyətə başlayacaq” - Ərdoğan

Taxıl dəhlizi yaxın günlərdə fəaliyyətə başlayacaq.

Manşet.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Dolmabahçe iqamətgahında Ukrayna və Rusiyanın iştirakı ilə keçirilən taxıl dəhlizi müqaviləsinin imzalanma mərasimində çıxış edərkən bildirib.

Dövlət başçısı taxıl sazişini ərzaq böhranının həlli üçün vacib addım adlandırıb.

Ərdoğanın sözlərinə görə, daşınma prosesini əvvəldən sonadək İstanbulda qurulacaq müştərək koordinasiya mərkəzi idarə edəcək.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az