“Ukraynaya daha çox silah lazımdır, biz onları təmin edəcəyik” - Borrell

19:31 - 22 İyul 2022

“Ukraynaya daha çox silah lazımdır, biz onları təmin edəcəyik” - Borrell

Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrell Ukraynaya hərbi yardımın ümumi məbləğini 2,5 milyard avroya çatdırdığını açıqlayıb.

Manşet.az xarici KİV-ə istinadən xəbər verir ki, Avropa Şurası tərəfindən edilən yazılı açıqlamada 500 milyon avroluq əlavə paketin qəbul edildiyi bildirilib.

Avropa Sülh Fondunun verdiyi yardımlarla bağlı açıqlama verən Cozep Borrell, “Aİ Ukraynanı azadlıq və müstəqillik mübarizəsində dəstəkləməkdə qərarlıdır. Ukraynanın daha çox silaha ehtiyacı var, biz onları təmin edəcək” deyib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az