Hindistanlı milyarder sərvətinə görə Bill Qeytsi qabaqladı

22:31 - 22 İyul 2022

Hindistanlı milyarder sərvətinə görə Bill Qeytsi qabaqladı

Hindistanlı milyarder Qautam Adani Bill Qeytsi qabaqlayaraq dünyanın dördüncü ən varlı adamı olub.

Manşet.az xəbər verir ki, onun sərvəti 113 milyard dollara qədər artaraq “Microsoft”un həmtəsisçisini (112 milyard dollara malikdir) ötüb.

Bu il hindli maqnat kapital artımında hamını üstələyib. O, 36 milyard dollar varlanıb.

Qeytsin sərvəti isə xeyli azalıb. Belə ki, o, xeyriyyə təşkilatlarına külli miqdarda ianə verib və texnologiya şirkətlərindəki səhmlərini satıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az