Ağ Ev Ərdoğana təşəkkür ETDİ

23:40 - 22 İyul 2022

Ağ Ev Ərdoğana təşəkkür ETDİ

Ağ Ev Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın himayəsi altında Türkiyə, Rusiya, Ukrayna və BMT arasında “Ukrayna limanlarından taxıl və ərzaq məhsullarının təhlükəsiz daşınması sənədi”nin imzalanmasından danışıb.

Manşet.az Xarici KİV-ə istinadən xəbər verir ki, Kirbi bu səbəbdən Prezident Ərdoğana təşəkkür edib:

“ABŞ bu addımı alqışlayır. BMT-nin Baş katibi Antonio Quterreş və Türkiyə Prezidenti Ərdoğana bu razılaşmanın əldə edilməsində göstərdikləri diplomatik liderliyə görə təşəkkür edirik”.

Razılaşmanın uğurla həyata keçirilməsinin ancaq Rusiyanın razılaşmaya əməl etməsi ilə mümkün ola biləcəyini vurğulayan Kirbi, razılaşmanın icrasını yaxından izləyəcəklərini bildirib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az