"Suriya ilə 30 kilometr dərinlikdə təhlükəsiz xətti yaradacayıq" - Ərdoğan

18:16 - 08 Avqust 2022

\"Suriya ilə 30 kilometr dərinlikdə təhlükəsiz xətti yaradacayıq\" - Ərdoğan

Türkiyə terrora qarşı mübarizəni davam etdirəcək.

Manset.az Milliyət-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 13-cü Səfirlər Konfransının iştirakçıları ilə görüşü zamanı deyib.

O, qeyd edib ki, ölkəsinin cənub sərhədi boyunca Suriya ilə 30 kilometr dərinlikdə təhlükəsiz xətti yaratmaq qərarı qüvvədə qalmaqdadır.

“Ümid edirəm ki, Suriyada terror təşkilatının yuva saldığı son əraziləri də təmizləyərək tezliklə bu təhlükəsizlik kəmərinin halqalarını birləşdirəcəyik”, - Türkiyə lideri vurğulayıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az