Qazaxıstan prezidenti Qasım-Comərd Tokayev ölkənin ən böyük mədən və sənaye mərkəzlərindən biri olan Qaraqandı vilayətinə işgüzar səfər edib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, burada bölgə əhalisi ilə görüşən Tokayev çıxışında dövlətin ölkədə fəaliyyət göstərən bütün iri mədən şirkətlərini yaxından izlədiyini bildirib və “Biz xaricə qeyri-qanuni kapital axınına imkan verməyəcəyik. Onların həyata keçirdikləri sosial proqramları da araşdıracağıq” - deyib.
O, yenilənmiş konstitusiya ilə ölkədə yeni siyasi dövrün başladığını vurğulayıb:
“Qazaxıstanda oliqarx kapitalizm dövrü başa çatır, dövlətin vətəndaşlarına qarşı sosial məsuliyyət dövrü gəlir”.