Putin Kerç boğazı ilə bağlı fərman İMZALADI

21:38 - 08 Oktyabr 2022

Putin Kerç boğazı ilə bağlı fərman İMZALADI

Rusiya Prezidenti Vladimir Putin Kerç boğazından keçən nəqliyyat keçidinin, elektrik şəbəkəsi enerji körpüsünün və magistral qaz kəmərinin mühafizəsi tədbirlərinin gücləndirilməsi haqqında fərman imzalayıb.

 

Manset.az xəbər verir ki, sənəd Kremlin saytında dərc olunub.

Fərmana əsasən, mühafizə üzrə tədbirlərin təşkili və əlaqələndirilməsi səlahiyyəti Rusiya Federal Təhlükəsizlik Xidmətinə həvalə edilib.

Rusiya hökumətinə öz aktlarını bu fərmana uyğunlaşdırmaq tapşırılıb.

Bildirilib ki, sənəd imzalandığı andan qüvvəyə minir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az