Rusiya Ukrayna ilə viza rejimi məsələsinə bu tarixdə qərar verəcək

15:44 - 09 Oktyabr 2022

Rusiya Ukrayna ilə viza rejimi məsələsinə bu tarixdə qərar verəcək

Rusiya Ukrayna ilə viza rejiminə keçilməsi məsələsi ilə bağlı qərarı 2023-cü ilin yanvarında qəbul edəcək.

 

Manset.az xəbər verir ki, bu barədə Rusiya XİN-in MDB ölkələri üzrə ikinci departamentinin direktoru Aleksey Polişuk TASS agentliyinə müsahibəsində məlumat verib.

İyun ayında Ukrayna Rusiya ilə 1997-ci ildə bağlanmış vizasız gediş-gəliş barədə sazişə xitam verib və iyulun 1-dən rusiyalıların Ukraynaya vizasız girişinə qadağa qoyulub.

Sazişin şərtlərinə əsasən, sənəd 2023-cü ilin yanvarına kimi qüvvədədir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az