Ərəb dənizində 16,6 milyon dollarlıq narkotik daşıyan gəmi ələ keçirildi

18:35 - 09 Oktyabr 2022

Ərəb dənizində 16,6 milyon dollarlıq narkotik daşıyan gəmi ələ keçirildi

Britaniyanın hərbi gəmisi Ərəb dənizində 16,6 milyon dollar dəyərində metamfetamin daşıyan gəmini ələ keçirib.

 

Manset.az xəbər verir ki, bu barədə “Al Arabia” telekanalı məlumat yayıb.

Telekanalın reportajında bildirilib ki, 2019-cu ildən Yaxın Şərqdə yerləşdirilən “HMS Montrose” hərbi gəmisi 6 saat davam edən əməliyyatdan sonra saxladığı gəmidə 870 kiloqramdan çox narkotik maddəni müsadirə edib.

Axtarış zamanı onun göyərtəsindəki gizli bölmədə külli miqdarda narkotik maddə və odlu silah aşkar edilərək götürülüb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az