Luqansk vilayətində artıq 7 yaşayış məntəqəsi Ukrayna Ordusunun nəzarətinə keçib.
Manset.az-ın xəbərinə grə, bu barədə Luqansk vilayətinin Hərbi Administrasiyasının rəhbəri Sergey Qayday bildirib.
Qeyd edilib ki, Svatovsk rayonunun Novolyubovka, Nevskoye, Qrekovka, Novoeqorovka, Nadejda, Andreevka və Stelmaxovka kəndləri azad edilib.
***
Luqansk vilayətinin Stelmaxovka kəndi Ukrayna Ordusunun nəzarətinə keçib.
Manset.az-ın xəbərinə görə, bu barədə Luqansk vilayətinin Hərbi Administrasiyasının rəhbəri Sergey Qayday bildirib.
Sergey Qayday deyib ki, artıq rəsmən Stelmaxovka kəndinin azad edildiyini açıqlayır. O, kənddən foto da paylaşıb.