"Şimal axını"nda sızma: Saatda 70 ton qaz...

21:28 - 09 Oktyabr 2022

\"Şimal axını\"nda sızma: Saatda 70 ton qaz...

Qabaqcıl peyk texnologiyasından istifadə edən çinli alimlər “Şimal axını 2” kəmərində baş verən qaz sızmasının miqyasını hesablayıblar. Qaz sızmasının həcmi saatda 70 tona çatıb.

 

Manset.az  xəbər verir ki, bu barədə "South China Morning Post" məlumat yayıb.

Məlumata görə, qaz kəmərində baş verən insidentdən sonra Çin hökuməti alimlərə atmosferə yayılan metan tullantılarının miqyasını qiymətləndirməyi tapşırıb.

"Bunun üçün Çinin ən qabaqcıl peyklərdən biri olan "Qaofen-5 02"dən istifadə edilib. "Qaofen-5 02" peyki Çin tərəfindən 2021-ci ilin sentyabrında buraxılıb, o, atmosferə metan emissiyalarını aşkar etmək və ölçmək qabiliyyətinə malik ultrahəssas infraqırmızı sensorlara malikdir", - deyə bildirilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az