Azərbaycanın qədim Xankəndi şəhərində, İntibah meydanında mitinq başlayıb.
Manset.az xəbər verir ki, news.am ilə söhbətində etirazçı Marat Stepanyan bildirib ki, vətəndaşların tələbi dəyişməyib, onlar Praqada qəbul edilən bəyanata və Azərbaycanın şərhlərinə qondarma rejimin “rəhbəri” Arayik Arutyunyandan dəqiq mövqe bildirməyi tələb edirlər.
Onun sözlərinə görə, artıq meydana bir neçə yüz vətəndaş toplaşıb, çoxlu sayda polis də hadisə yerinə gəlib.
Stepanyan qeyd edib ki, Arutyunyanın Ermənistana səfərindən xəbəri var, lakin ona heç bir ümid bağlamır:
“Biz bilirik ki, bu, sadəcə, saxtakarlıqdır. Çətin ki, bu görüşdən sonra da nəsə dəyişsin Gəlib başqa bir bəyanat verəcək”.
Xatırladaq ki, ötən gün də Xankəndidə mitinq keçirilib, lakin iştirakçılar Arayik Arutyunyanla danışa bilməyiblər. Onlar rejimin “parlament sədri” Artur Tovmasyanla görüşüb.
