Rusiya ilə İran neft və qaz sənayesində əməkdaşlığı nəzərdə tutan dəyəri 40 milyard dollardan çox olan müqavilələr imzalayıb.
Manset.az-ın məlumatına görə, bu barədə bazar günü İranın neft naziri Cavad Ouci bildirib.
“Biz Rusiya ilə yataqların işlənməsi üçün 4 milyard dollar dəyərində anlaşma memorandumu, həmçinin 40 milyard dollar məbləğində mayeləşdirilmiş təbii qazın (LNG) istehsalı üçün qaz kəmərləri və qurğuların tikintisinə dair saziş imzaladıq”, - o, bəyan edib.