İstanbulda yaşayış binasında partlayış, ölənlər var - VİDEO

22:55 - 09 Oktyabr 2022

İstanbulda yaşayış binasında partlayış, ölənlər var - VİDEO

Türkiyənin İstanbul şəhərində 3 mərtəbəli yaşayış binasında partlayış baş verib.

 

Manset.az yerli KİV-lərə istinadən xəbər verir ki, partlayış qaz sızması nəticəsində qeydə alınıb.

Kadıköy rayonunda baş verən hadisə nəticəsində üç nəfər ölüb, bir  nəfər isə yaralanıb.

İstanbul valisi Əli Yerlikaya partlayışdan sonra hadisə yerinə gəlib. Vali partlayış nəticəsində 3 nəfərin həlak olduğunu təsdiqləyib.

Hazırda binadakı yanğın yanğınsöndürənlərin səyləri nəticəsində nəzarətə götürülüb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az