İran Rusiyaya pilotsuz uçuş aparatları göndərdikdən sonra Ukrayna rəhbərliyi iranlı tələbələri ölkədən çıxarmağa başlayıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Ukrayna hakimiyyətinin iranlı tələbələrin 10 gün ərzində ölkəni tərk etmələrini gözlədiyi bildirilir.
Ukrayna rəsmiləri İranın Rusiyaya pilotsuz təyyarələr çatdırdığını əsas gətirərək tələbə vizalarını uzatmaqdan imtina ediblər.
Pasportlarına möhür vurulan iranlı tələbələrin 3 il müddətinə Ukraynaya girişinə qadağa qoyulduğu iddia edilib.