Aİ Rusiyanın qaz idxalındakı payını bu qədər AZALTDI

13:06 - 10 Oktyabr 2022

Aİ Rusiyanın qaz idxalındakı payını bu qədər AZALTDI

Avropa İttifaqı enerji sahəsində Rusiyadan asılılıqdan xilas olmaq üçün gördüyü tədbirlərlə Rusiyanın təbii qaz idxalındakı payını 40 faizdən 7,5 faizə endirib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Rusiyanın Ukraynaya hücumundan sonra Rusiyanın enerji qaynaqlarından asılılığına son qoymaq üçün bir çox tədbir gördüklərini xatırladan fon der Leyen bu barədə deyib:

“Biz rus kömüründən tamamilə qurtula bildik. Bundan əlavə, biz ilin sonuna kimi Rusiyadan alınan neftin payını 10 faizə endirəcəyik. Müharibənin əvvəlində Rusiyanın idxal qazında payı 40 faiz idi. Son 7 ayda biz bunu 7,5 faizə endirmişik”.

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az