Putindən Ukraynaya sərt XƏBƏRDARLIQ

14:42 - 10 Oktyabr 2022

Putindən Ukraynaya sərt XƏBƏRDARLIQ

"Kiyev rejiminin cinayətlərini cavabsız qoymaq mümkün deyil".

 

Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin bu gün Təhlükəsizlik Şurasının üzvləri ilə keçirdiyi müşavirədə bildirib.

Rusiya prezidenti xəbərdarlıq edib ki, əgər Ukrayna Rusiya Federasiyası ərazisində terror aktları törətməyə davam etsə, cavablar sərt olacaq.

"Əgər ərazimizdə terror aktları törətmək cəhdləri davam edərsə, Rusiyanın cavabları sərt olacaq və miqyasına görə Rusiya Federasiyasının yaratdığı təhdidlərin səviyyəsinə uyğun olacaq”, - Putin bildirib.

O həmçinin bu gün səhər Ukraynanın şəhərlərinə endirilən raket zərbələri barədə də danışıb.

“Səhər yüksək dəqiqlikli silahlarla Ukraynanın enerji, hərbi və rabitə infrastrukturlarına kütləvi zərbələr endirilib. Ukrayna terror aktlarını Rusiya ərazisində davam edəcəyi halda bizim cavabımız sərt və öz miqyasına görə həmin təhdid səviyyəsinə müvafiq olacaq”, - Putin qeyd edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az