Çeçenistan lideri Ramzan Kadırov Telegram hesabında gündəmlə bağlı açıqlamalar verib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Kadırov Rusiyanın Kiyevə və digər bölgələrə genişmiqyaslı hücumlarının “qisas” olduğunu deyib və Ukrayna prezidenti Vladimir Zelenskini “zəif və axmaq” adlandırıb.
Krım körpüsünə edilən hücumu xatırladan Kadırov, "Zelenski Kiyevə və digər şəhərlərə hücumlardan şikayətlənir. Axmaq Zelenski, sən belə hücumlar edirsən, amma biz bunu edə bilmərik? Niyə bunu düşünmədin? Rusiyanın hələ müharibəyə tam başlamadığı ilə bağlı sənə xəbərdarlıq etmişik, ona görə də zəif adamlar kimi şikayətlənməyi dayandır. Bundan daha güclü raketlər gəlməmiş arxaya baxmadan qaç".