Paşinyan və Blinken Ermənistan - Azərbaycan sərhədindəki vəziyyəti müzakirə etdilər

19:22 - 10 Oktyabr 2022

Paşinyan və Blinken Ermənistan - Azərbaycan sərhədindəki vəziyyəti müzakirə etdilər

Ermənistanın baş naziri Nikol Paşinyan və ABŞ dövlət katibi Entoni Blinken bazar ertəsi telefonla Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti müzakirə edib və İrəvanla Bakı arasında sülh sazişinin hazırlanmasının vacibliyini vurğulayıblar.

 

Manset.az xəbər verir ki, bu barədə Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.

“Söhbət zamanı BMT Nizamnaməsi və 1991-ci il Alma-Ata Bəyannaməsi əsasında Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin hazırlanmasının, habelə sərhədin demarkasiyası və Aİ-nin mülki missiyasının bu sahədə fəaliyyətinin təmin edilməsi üzrə işlərin aparılmasının vacibliyini qeyd olunub”, - məlumatda bildirilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az