Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov ABŞ və NATO-ya xəbərdarlıq edib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Ryabkov deyib ki, ABŞ və NATO ilə birbaşa qarşıdurma Moskvanın marağında deyil, lakin o, Qərbin Ukrayna münaqişəsində artan müdaxiləsinə cavab verəcək:
“Rusiya Qərbin Ukrayna problemində artan müdaxiləsinə qarşı lazımi tədbirləri görəcək, ABŞ və NATO ilə birbaşa qarşıdurma Moskvanın marağında deyil”.