Ukrayna prezidenti Zelenski Rusiyanın paytaxtı Kiyev başda olmaqla Rusiyanın bir çox şəhərinə qarşı raket hücumlarından danışıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Rusiyanın Ukrayna şəhərlərinə ümumilikdə 84 qanadlı raket atdığını və bunlardan 43-nün Ukrayna Hava Hücumundan Müdafiə Sistemləri tərəfindən məhv edildiyini qeyd edən Zelenski, rusların göndərdiyi İran istehsalı olan 24 PUA-dan 13-nün Ukrayna qüvvələri tərəfindən vurulduğunu da açıqlayıb.
Zelenski Ukraynada hava hücumları təhlükəsi davam etdiyi üçün vətəndaşları diqqətli olmağa çağırıb və müharibədə qalib gələcəklərini bildirib:
“Ukraynanı qorxutmaq, dayandırmaq imkansızdır, yalnız onu daha da birləşdirmək mümkündür. İndi işğalçılar bizə döyüş meydanında məğlub olurlar və ona görə də terrora əl atırlar”.