Kim Kardaşyan oğlu ilə“Dallas Cowboys” və “Los Angeles Rams” arasında keçirilən futbol oyununda iştirak edib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Kardaşyan fasilədə oğlunun şəklini çəkmək üçün stadiona enib.
Dikdaban ayaqqabıları ilə meydana enən və matçı ən öndə izləyən Kardaşyan azarkeşlərin kəskin reaksiyasına səbəb olub.
Kardaşyana belə imtiyaz verildiyi üçün azarkeşlərin qəzəbləndiyi bildirilib.
Onlar Kardaşyanı uzun müddət fitə basıblar.