Rusiya Xəzər dənizi regionundan Ukraynaya raket atdı – Ukrayna

14:45 - 11 Oktyabr 2022

Rusiya Xəzər dənizi regionundan Ukraynaya raket atdı – Ukrayna

Ukrayna Baş Qərargahının açıqlamasında Xəzər dənizində Rusiyanın “Tu-95” və “Tu-160” tipli raketdaşıyan təyyarələrindən Ukraynaya “Х-101” və “Х-555” tipli raketlərin atıldığı iddia edilib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, açıqlamada raketlərdən 4-nün Ukrayna hava hücumundan müdafiə qüvvələri tərəfindən məhv edildiyi bildirilib.

Hücum təhlükəsinin davam etdiyi vurğulanan bəyanatda vətəndaşlar “sığınacaqlarda qalmağa” çağırılıb.

 

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az