Aİ-dən daha bir ölkəyə namizəd statusu

17:10 - 12 Oktyabr 2022

Aİ-dən daha bir ölkəyə namizəd statusu

Avropa İttifaqı Komissiyası Bosniya və Herseqovinaya namizəd ölkə statusunun verilməsi ilə bağlı rəy verib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə,  Avropa İttifaqının genişlənmə üzrə komissarı Oliver Varhelyi Bosniya və Herseqovinaya namizəd ölkə statusunun verilməsi ilə bağlı rəy verildiyini açıqlayıb.

Aİ-nin korrupsiya ilə mübarizə, ifadə və mətbuat azadlığı, hüquqi islahatlar kimi mövzularda Bosniya və Herseqovinanı izləməyə davam edəcəyini bildirən Varhelyi “14 prioritet”in həyata keçirilməsinin vacibliyini vurğulayıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az