Avropa İttifaqı Komissiyası Bosniya və Herseqovinaya namizəd ölkə statusunun verilməsi ilə bağlı rəy verib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Avropa İttifaqının genişlənmə üzrə komissarı Oliver Varhelyi Bosniya və Herseqovinaya namizəd ölkə statusunun verilməsi ilə bağlı rəy verildiyini açıqlayıb.
Aİ-nin korrupsiya ilə mübarizə, ifadə və mətbuat azadlığı, hüquqi islahatlar kimi mövzularda Bosniya və Herseqovinanı izləməyə davam edəcəyini bildirən Varhelyi “14 prioritet”in həyata keçirilməsinin vacibliyini vurğulayıb.