Qırğızıstan Türkiyədən "Bayraktar Akıncı" zərbə PUA-ları alıb.
Manset.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, Qırğızıstan Milli Təhlükəsizlik komitəsinin rəhbəri Kamçıbek Taşiyev bu barədə məlumat verib. O, alınan PUA-ların dəqiq sayını açıqlamayıb.
Ölkənin Müdafiə Nazirliyi və Milli Təhlükəsizlik Komitəsi hələ ki, bu xəbəri təsdiqləməyib.
Xatırladaq ki, Qırğızıstan bundan öncə Türkiyədən "Bayraktar-TB2" model PUA-lar almışdı. "Bayraktar Akıncı" modeli daha ağır, qanadlı raketlər də daxil olmaqla daha çox silah növü daşımağı ilə seçilir.