Qırğızıstan Türkiyədən "Bayraktar Akıncı" PUA-ları ALDI

18:21 - 12 Oktyabr 2022

Qırğızıstan Türkiyədən \"Bayraktar Akıncı\" PUA-ları ALDI

Qırğızıstan Türkiyədən "Bayraktar Akıncı" zərbə PUA-ları alıb.

 

Manset.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, Qırğızıstan Milli Təhlükəsizlik komitəsinin rəhbəri Kamçıbek Taşiyev bu barədə məlumat verib. O, alınan PUA-ların dəqiq sayını açıqlamayıb.

Ölkənin Müdafiə Nazirliyi və Milli Təhlükəsizlik Komitəsi hələ ki, bu xəbəri təsdiqləməyib.

Xatırladaq ki, Qırğızıstan bundan öncə Türkiyədən "Bayraktar-TB2" model PUA-lar almışdı. "Bayraktar Akıncı" modeli daha ağır, qanadlı raketlər də daxil olmaqla daha çox silah növü daşımağı ilə seçilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az