"Ukraynaya raket hücumları Belarusdan həyata keçirilib" - Stoltenberq

00:15 - 13 Oktyabr 2022

\"Ukraynaya raket hücumları Belarusdan həyata keçirilib\" - Stoltenberq

“Belarus Rusiyanı dəstəkləməyi dayandırmalıdır”.

 

Manset.az xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq çərşənbə günü alyans ölkələrinin müdafiə nazirlərinin ikigünlük iclasında bildirib.

Stoltenberqin sözlərinə görə, o, Lukaşenko hökumətinin münaqişədə iştirakçı olmaqdan əl çəkəcəyini gözləyir.

Baş katib həmçinin NATO-nun Ukraynaya raket hücumlarının Belarusdan həyata keçirildiyini  bildirib.

“Biz gördük ki, Belarusdan Ukraynaya raket atmaq üçün tramplin kimi istifadə edilir. Belarus prezidenti Rusiyanın hərbi səylərini dəstəkləməyi dayandırmalıdır”, - deyə Stoltenberq əlavə edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az