İlon Mask "Yanıq Saç" adlı ətir buraxdı - FOTO

11:42 - 13 Oktyabr 2022

İlon Mask \"Yanıq Saç\" adlı ətir buraxdı - FOTO

Dünyanın ən varlı adamı İlon Mask, elektrik avtomobilləri və kosmik gəmilərdən sonra parfümeriya biznesinə girib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Mask 2016-cı ildə qurduğu "The Boring Company" adlı müəssisəsi vasitəsilə "Burnt Hair" (Yanıq Saç) adlı ətir buraxıb.

Bildirilib ki, şüarı “Əks arzunun özü” olan ətir 100 dollara satışa çıxarılıb və məhsul böyük maraqla qarşılanıb. Mask ilk gündə 10 min ədəddən çox satdıqlarını açıqlayıb. O, bildirib ki, ətir kriptovalyuta ilə də alına bilər.

Məhsulu tanıdan tvitində Mask ətiri "dünyanın ən gözəl qoxusu" adlandırıb. Başqa bir paylaşımında isə “Mənim kimi bir adın ətir biznesinə girməsi qaçılmaz idi. Niyə bu qədər uzun müddət mübarizə apardım?” ifadələrdən istifadə edib.

Maskın "mənim kimi bir ad" deməsinin səbəbi soyadı ilə bağlıdır. Çünki ingiliscə “Musk” sözü “müşk otu” mənasını verir və müşk ətirlərdə tez-tez istifadə olunur.

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az