Ərdoğanla Putinin görüşü 1,5 saat davam etdi - YENİLƏNDİ (FOTO)

15:39 - 13 Oktyabr 2022

Ərdoğanla Putinin görüşü 1,5 saat davam etdi - YENİLƏNDİ (FOTO)

Türkiyə mediası Ərdoğan və Putin arasında görüşün başa çatdığını açıqlayıb. Danışıqlar 1,5 saat davam edib. 

 

Manset.az xəbər verir ki, Kremlin rəsmi sözçüsü Dmitri Peskovun sözlərinə görə isə, liderlər görüş zamanı Rusiya-Ukrayna münasibətlərinin nizamlanması məsələsini müzakirə etməyiblər.

***

Qazaxıstanın paytaxtı Astanada Türkiyə və Rusiya Prezidentləri Rəcəb Tayyib Ərdoğanla Vladimir Putin arasında görüş başlayıb.

Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, görüş mətbuata qapalı şəkildə keçirilir. 

Liderlərin görüş zamanı Rusiya-Ukrayna müharibəsi, eləcə də taxıl dəhlizi və Suriya məsələlərini müzakirə edəcəyi gözlənilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az