Lukaşenko Türkiyə və Pakistana səfər edəcək

18:36 - 13 Oktyabr 2022

Lukaşenko Türkiyə və Pakistana səfər edəcək

Belarus Prezidenti Aleksandr Lukaşenko Pakistan və Türkiyəyə səfər etməyi planlaşdırır.

 

Manset.az xəbər verir ki, bu barədə cümə axşamı Belarus liderinin mətbuat katibi Natalya Eysmont Belarus liderinin Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin sammiti çərçivəsində Pakistanın baş naziri Şahbaz Şərif və türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla danışıqlarının yekunlarına dair açıqlamasında bildirib.

Onun sözlərinə görə, Lukaşenkonun Pakistana səfəri daha əvvələ planlaşdırılsa da, onların həyata keçirilməsində ləngimə olub.

Belarus dövlət başçısının Türkiyəyə səfər təklifi isə onun Ərdoğanla bugünkü görüşü zamanı Türkiyə Prezidenti tərəfindən səsləndirilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az