Protokol qaydalarını pozan Kral tənqid edildi

21:22 - 13 Oktyabr 2022

Protokol qaydalarını pozan Kral tənqid edildi

Böyük Britaniya kralı III Çarlz Baş nazir Liz Trass ilə Bukinqem sarayında ilk həftəlik auditoriya iclasını keçirib.

 

Manset.az xarici KİV-ə istinadən xəbər verir ki, kralın Baş nazir ilə dialoqu ictimaiyyət tərəfindən yaxşı qarşılanmayıb.

Belə ki, Trass monarxı “Əlahəzrət, sizi yenidən görməkdən çox şadam” deyə salamlayıb. “Yenə burada? Aman Allahım, Allahım” deyə III Çarlz cavab verib.

Dialoq tviterdə də diqqət çəkib.

“Kral Çarlzın ilk Baş nazirini kamera qarşısında ələ salması pis səhv idi. II Elizabet 70 ildir ki, bu şəkildə protokolu pozmayıb”, – siyasi şərhçi Patrik O Flinn sosial şəbəkədə yazıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az