Rusiya lideri Vladimir Putin onun üçün heç bir mənfi fəsadlar yaratmayacağına tam əmin olduqdan sonra nüvə silahından istifadə edə bilər.
Manset.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski ZDF telekanalına müsahibəsində bildirib.
“Putin nüvə silahından o halda istifadə edəcək ki, nəticələri onun üçün heç bir fəsad yaratmayacağına tam əmin olsun”, - deyə Ukrayna prezidenti sitat gətirir.
Zelenski qeyd edib ki, nüvə eskalasiyası riski var. O, həmçinin Qərbi zəif mövqeyinə görə tənqid edib.
"Bəli, risk var (nüvə silahından istifadə - red.). Amma Almaniyanın zəif mövqeyi riski artırmır. Nə demək istədiyimi başa düşürsünüzmü? Avropa bütövlükdə öz mövqeyi ilə bu riskə qətiyyən təsir göstərə bilməz. ”, - deyən prezident əlavə edib ki, Avropa İttifaqı Rusiya rəhbərliyinə zəiflik nümayiş etdirməməlidir.