İlon Mask bir neçə saata bu biznesdən milyon dollar QAZANDI

23:53 - 13 Oktyabr 2022

İlon Mask bir neçə saata bu biznesdən milyon dollar QAZANDI

Amerikalı iş adamı İlon Mask ətir biznesinə başlayıb.

 

Manset.az xəbər verir ki, o, bu barədə məlumatı özünün tviter hesabında paylaşıb.

Belə ki, o, bundan sonra "Burnt Hair" (yanmış saç) adlı ətir istehsal edəcək. Özünün dediyinə görə, artıq bu ətirdən 20 min sifariş qəbul edib.

Bir neçə saat ərzində isə 10,000 şüşə ətir sataraq bir milyon dollar qazanıb. Məlumata görə, Maska məxsus “Boring Company” tərəfindən istehsal olunan ətirin qiyməti 100 dollardır.

"Mənim ətir biznesinə başlamağım qaçılmaz idi", - deyə Mask bildirib. 

Qeyd edək ki, İlon Mask "SpaceX"in sahibi və "Tesla"nın baş direktorudur.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az