Simferopol şəhərinin Kiyev Rayon Məhkəməsi Krım körpüsündə baş verən partlayışda iştirak etməkdə şübhəli bilinən 5 nəfər barəsində həbs qərarı çıxarıb.
Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, söügedən şəxslər dekabrın 8-dək həbsdə qalacaq.
Xatırladaq ki, Rusiya Federal Təhlükəsizlik Xidmətinin yaydığı məlumata görə, oktyabrın 8-i Krım körpüsündə baş verən partlayışın hazırlanmasında iştirak edən 12 nəfər müəyyən edilib. Həmin şəxslərdən bir neçəsi saxlanılıb. Sözügedən şəxslərin isə 5-i Rusiya, 3-ü Ukrayna və 1-i Ermənistan vətəndaşlarıdır.