Krım körpüsündəki partlayışla bağlı 5 nəfər həbs edildi

11:26 - 14 Oktyabr 2022

Krım körpüsündəki partlayışla bağlı 5 nəfər həbs edildi

Simferopol şəhərinin Kiyev Rayon Məhkəməsi Krım körpüsündə baş verən partlayışda iştirak etməkdə şübhəli bilinən 5 nəfər barəsində həbs qərarı çıxarıb.

 

Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, söügedən şəxslər dekabrın 8-dək həbsdə qalacaq.

Xatırladaq ki, Rusiya Federal Təhlükəsizlik Xidmətinin yaydığı məlumata görə, oktyabrın 8-i Krım körpüsündə baş verən partlayışın hazırlanmasında iştirak edən 12 nəfər müəyyən edilib. Həmin şəxslərdən bir neçəsi saxlanılıb. Sözügedən şəxslərin isə 5-i Rusiya, 3-ü Ukrayna və 1-i Ermənistan vətəndaşlarıdır.

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az