“Twitter”, məhkəməyə təqdim edilən sənədlərdə federal səlahiyyətlilərin İlon Maskın 44 milyard dollarlıq satınalma müqaviləsi ilə bağlı mövqeyinə görə araşdırma apardığını bildirib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, sənədlərdə Maskın araşdırıldığı bildirilsə də, araşdırmaların konkret olaraq nədən ibarət olduğu və ya hansı orqanlar tərəfindən araşdırmalar aparıldığı qeyd olunmayıb.