Bu ölkə Aİ-yə alternativ təbii qaz tədarükçüsü olmaq istəyir

14:19 - 14 Oktyabr 2022

Bu ölkə Aİ-yə alternativ təbii qaz tədarükçüsü olmaq istəyir

Afrika qitəsinin neft və qazla zəngin ölkəsi olan Nigeriya Avropa İttifaqı üçün alternativ təbii qaz təchizatçısı olmaq istəyir.

 

Manset.az xarici mediaya istinadən məlumatına görə, Aİ azalan Rusiya qaz ehtiyatlarına alternativ axtararkən, Nigeriyadan təbii qaz idxalını indiki 14 faizdən yuxarı qaldırmaq istəyir.

Nigeriya hökuməti gələn qışa qədər Avropaya daha çox LNG göndərə biləcəyini açıqlasa da, ölkədə bu daşımalar üçün kifayət qədər infrastrukturun olub-olmadığı müzakirə olunur.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az